Şuşada keçirilən Beynəlxalq Sahibkarlar Forumu maraqlı mövzulara həsr olunan panel sessiyalarla davam edir.
İctimai Rəy xəbər verir ki, BMT-nin İnkişaf Proqramında (BMTİP) innovasiyalar üzrə məsləhətçi Leyla Seyidzadənin moderatorluğu ilə gerçəkləşən forumun I panel sessiyası “Sahibkarlıq vasitəsilə qadınların səlahiyyətlərinin artırılması: rəqəmsal mənzərə, trendlər və çağırışlar” mövzusuna həsr olunub.
“Katalyst Labs”nın təsisçisi və baş direktoru Jehan Ara qadınların rəqəmsal biznesdə iştirakı sahəsində görülən işlərdən danışıb.
“Ən Çox Satan Müəlliflər Şurası”nın üzvü, AI İstedad platformasının investoru Pegah Gol fəaliyyəti dövründə kişilərin qadınlara işə görə az maaş verdiyinin şahidi olmadığını deyib.
“Devcit Acceleration” şirkətinin baş direktoru Vitalia Shutova biznes bacarıqlarının uğurlu sahibkarlıq üçün önəmli olduğunu vurğulayıb.
İnnovasiyalar üzrə araşdırmaçı Noshaba Awais rəqəmsal sahədə gender bərabərliyinə nail olmaq üçün ölkəsi Pakistanda görülən işlərdən danışıb.
“FemTech”in direktoru Nərgiz Əmrahova rəhbəri olduğu qurumun üzvlərinin bu gün müxtəlif mövqelərdə olduğunu söyləyib:
Bizim uğurumuz və əsas məqsədimiz xanımların xoşbəxt olduğu iş həyatına yiyələnmələridir”.
Sonda xatirə şəkli çəkdirilib.