İran ya Fetö?… SOCAR-a hücümun arxasında KİMLƏR dayanır?…

0

“SOCAR Türkiyə”nin İsrailə neft satdığına dair gülünc iddialarla sosial media üzərindən təxribat xarakterli paylaşımlar edən və şirkətin binasına fiziki hücumlar həyata keçirən qüvvələrin gerçək dinlə, müsəlmanlıqla əlaqəsi varmı? Fələstinlə əlaqəsi varmı?

Belə Fələstinin dərdini, qeyrətini çəkəndilərsə, niyə SOCAR-ın üzərinə gəlirlər ki? Getsinlər Qəzzada İsrail ordusuna qarşı döyüşsünlər də.

Yox, onların amacı fələstinlilərin halına yanmaq deyil.

Bəs, bu qaragüruhçular, təxribatçılar kimdir, nəçidir, haradan idarə olunurlar?

Biraz dərindən araşdırılsa, bu təxribatın da altından ya İranın, ya FETÖ-nun, yadaki digər gizli-açıq güclərin əli çıxacaq.

Zafer Tv xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Bəybala Mirzəyevin bildirdiyinə görə, Onların əsas məqsədi İslam və müsəlmanların təəssübünü çəkmək yox, Azərbaycanı müsəlman dünyasının ictimai rəyində gözdən salmaq və Türkiyə-Azərbaycan qardaşlığını sarsıtmaqdır.
Alçaqlar bu xain planı çox incəliklə düşünüblər.

Çünki İsrailin Qəzzada hərbi əməliyyatlarının davam etdiyi bu kritik günlərdə inanclı insanların hissləri ilə oynayıb onları İsraillə iqtisadi əlaqələri olan ölkələrə qarşı nifrət ovqatına kökləmək çox asandır.
Hərçənd ki, SOCAR-ın İsraillə birbaşa neft alış-verişi yoxdur.

Bildiyimiz kimi dünyanın bütün neft şirkətləri kimi SOCAR da tədarük etdiyi nefti treyder şirkətlərə satır, o şirkətlər isə satın aldıqları nefti İsrailə də, Çinə də, digər ölkələrə və şirkətlərə də satmaqda tam azaddırlar. Onlar SOCAR-dan aldıqları nefti dünya neft bazarında kimə satacaqları barədə öncədən SOCAR-ın məsləhətini və ya fikrini soruşmurlar. Çünki bu, dünya biznesinin təməl qaydalarından biridir.

Lakin “SOCAR Türkiyə”nin binasına hücum edənlər isə bu həqiqəti görməzdən gələrək, qəsdən ictimai rəyi manipulyasiya edir, türk ictimaiyyətində və dünya müsəlmanlarında çaşqınlıq yaradır, yalan və fake xəbərlər yayırlar.

Onsuz da iki qardaş ölkənin – Azərbaycan və Türkiyənin yüksək etimada əsaslanan münasibətlərinə zərbə vurmaq üçün fürsət gözləyən ölkələr çoxdur. İranından, Rusiyasından tutmuş Fransasına kimi bir çoxları Azərbaycan-Türkiyə münasibətlərinin zəifləməsində maraqlıdır.

“SOCAR Türkiyə”nin üzərinə gələnlər də məhz Azərbaycan-Türkiyə birliyinin zədələnməsini hədəfləyən güclərin istəklərini, sifarişlərini, göstərişlərini yerinə yetirirlər. Onlar alət kimi istifadə olunurlar. Aydın məsələdir ki, onların dərdi Fələstin deyil.

Türkiyə dövləti və türk milləti zatən kimin kim olduğunu yaxşı bilir. SOCAR-a qarşı xain təxribatı törədənlərin də türk düşməni olmaqları bəllidir. Onlar bu cür bəsit və kirli oyunlarla Türkiyə-Azərbaycan birliyini sarsıda bilməzlər. Boşuna çırmanmasınlar.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »