Əsgərlərdən rüşvət alan komandir həbs edildi

0

Azərbaycanda N saylı hərbi hissənin bölük komandiri həbs edilib.

İctimai Rəy “Qafqazinfo”ya istinadən məlumat verir ki, kapitan Ağamali Pənahov bölükdə xidmət edən hərbçilərdən rüşvət almaqda ittiham olunur.

Pənahova qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma-təkrar törədildikdə) maddəsi ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »