Taliban” hökuməti hərbçiləri və onların ailələrini geri qaytarmağı tələb edib.

0

Bu çağırışdan sonra, Özbəkistanın Əfqanıstanla sərhədindəki Termez şəhəri yaxınlığındakı düşərgədə yaşayan 585 əfqan qaçqın ailələri və qohumları ilə birgə üçüncü ölkəyə göndəriliblər.
İctimairey.az xəbər verir ki, bu haqda jurnalistlərə Özbəkistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Yusuf Kabulcanov məlumat verib. Qaçqınların hansı ölkəyə göndərildikləri barədə məlumat yoxdur.
Xatırladaq ki, avqustun 14-dən 16-dək Əfqanıstanın 22 hərbi təyyarəsi və 24 hərbi helikopter Özbəkistanın Surxandərya vilayətindən qeyri-qanuni yolla sərhədi keçib. 585 hərbçinin və onların ailələrinin olduğu təyyarə və helikopterlər məcburi Termez beynəlxalq aeroportuna endirilib. Bunlar sabiq Əfqanıstan hökumətinin hərbçiləridirlər.
Əfqan hərbçilər bildiriblər ki, geri qaytarılsalar “Taliban” hökuməti onları qətlə yetirəcək. Ona görə də üçüncü ölkəyə getmələri məqbul hesab olunub.
İctimairey.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »