Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) Baş direktorunun müavini – baş həkim vəzifəsinə təyinat olub.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Nizami Yadulla oğlu Məmmədov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) Baş direktorunun müavini – baş həkim vəzifəsinə təyin edilib.
Səhiyyə naziri Teymur Musayev bununla bağlı əmr imzalayıb.
Səhiyyə nazirinin digər əmri ilə Qurban Rauf oğlu Babayev ETTOİ-nin Baş direktorunun elmi işlər üzrə müavini vəzifəsinə təyin edilib.
Comments are closed.