Qazaxlar tacik və qırğızlar kimi Rusiyaya səfərdən çəkinməlidirlərmi?

0

Qazaxıstan Xarici İşlər Nazirliyi Qırğızıstan və Tacikistanın ardınca qazaxıstanlıların Rusiyaya səfərdən çəkinib-çəkinməməli olub-olmaması barədə suala aydınlıq gətirib.

İctimai Rəy Musavat.com-a istinadla xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov keçirdiyi brifinqdə Qazaxıstan-Rusiya münasibətlərinin dostluq, müttəfiqlik və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını, çoxşaxəli dövlətlərarası əməkdaşlığın nümunəsi olduğunu qeyd edib.

“Biz Qazaxıstan-Rusiya sərhədində heç bir problem müşahidə etmirik. Rusiyadakı diplomatlarımız yerli hakimiyyət orqanları, Xarici İşlər Nazirliyi, sərhəd xidməti ilə daim əlaqə saxlayırlar. Vətəndaşlarımız heç bir kütləvi saxlama, sənəd yoxlanışını müşahidə etmirlər. Əgər onlar sizi dayandırıblarsa və ya sənədlərinizi yoxlayıblarsa, bu, təhlükəsizlik baxımındandır. Ona görə də biz vətəndaşlarımızdan xahiş edirik ki, sadəcə olaraq yerli hakimiyyət orqanlarının qaydalarına, eləcə də bu ölkənin qanunlarına əməl etsinlər”, – deyə Aybek Smadiyarov vətəndaşlara müraciət edib.

Xatırladaq ki, martın 22-də “Krokus” konsert zalında baş verən və 145 mülki vətəndaşın ölümünə səbəb olan dəhşətli terror aktından sonra tacik millətindən olan terrorçulara görə Rusiyanın iri şəhərlərində Orta Asiyadan olan insanların kütləvi saxlanılması və incidilməsi halları müşahidə olunmaqdadır. Buna görə də Tacikistan və Qırğızıstan öz vətəndaşlarında xüsusi bir zərurət olmadağı halda RF-yə səfərlərdən çəkinməyi tövsiyə edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »