Avropa xəyalına daha bir vida

0

Azərbaycan Premyer Liqasında daha bir klub avrokuboklara vəsiqə şansını rəsmən itirib.

İctimai Rəy İdman.Biz-ə istinadən bildirir ki, “Turan Tovuz”un qitə kuboklarına qatılmaq üçün nəzəri şansları XXXIII turda bitib.

Ayxan Abbasovun yetirmələri “Zirə” ilə ev matçında 1:2 hesabı ilə uduzub. Bununla da qərblilər sona üç tur qalmış qəsəbə klubundan 10 xal uzaq düşüb.

“Araz-Naxçıvan”a 1:0 hesabı ilə qalib gələn “Sabah” da “Turan Tovuz”la fərqi 10-a yüksəldərək əlçatmaz olub. Bu iki görüşün nəticəsindən sonra Abbasovun komandasının nəinki “üçlük”, hətta “dördlük”də yer almaq şansı qalmayıb.

Düzdür, 4-cü sıradakı “Sumqayıt” tovuzluları 9 xal qabaqlayır. Amma bu fərq aradan qalxsa belə şəxsi oyunların nəticəsi qərblilərin xeyrinə olmayacaq. Hətta sonda 4-cü yer üçün bir neçə komanda eyni xala malik olsa, yenə “Turan Tovuz” onlar arasında ən yüksəkdə qərarlaşmayacaq.

Qeyd edək ki, “Turan Tovuz” avrokubok şansını itirən 4-cü komandadır. “Qəbələ”, “Kəpəz” və “Araz-Naxçıvan” da qitə səhnəsinə çıxmaq xəyalı ilə vidalaşıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »