ABŞ səfiri Şuşada Aydın Kərimovla görüşdü – FOTO

0

ABŞ səfiri Mark Libby Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndə Aydın Kərimovla görüşüb.

İctimai Rəy Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, səfir Libby Şuşada olarkən şəhərin inkişafı üçün görülən işlər və Şuşanın məcburi köçkün icmasının qayıdışı ilə bağlı ətraflı məlumat almaq üçün Şuşa rayonunda xüsusi nümayəndə Aydın Kərimovla görüşüb.

“Onlar, həmçinin, regionun yaşıl enerjisini və ABŞ-nin Azərbaycanın məcburi köçkün icmalarına və minalardan təmizləmə təşəbbüslərinə göstərdiyi dəstəyi müzakirə ediblər”, – bildirilib.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »