ABŞ təhlükəsizlik qüvvələri Aydaho ştatının qərbində kilsəyə terror aktı hazırlayan 18 yaşlı gənci həbs edib.
İctimai Rəy Xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin bəyanatında deyilir.
Qeyd olunub ki, Aleksandr Skott Merkurio İŞİD-ə beyət edib və onun adından hücumlar həyata keçirmək niyyətində olub.
O, həmçinin İŞİD-ə maddi dəstək verməkdə ittiham olunur.
İstintaq zamanı müəyyən edilib ki, şübhəli şəxs bıçaq və odlu silahlardan istifadə etməklə Aydaho ştatında kilsəyə hücum etməyi planlaşdırıb.
Təqsirli bilinərsə, onu maksimum 20 il həbs gözləyir.