Putin gəlmir, Paşinyan Moskvaya hazırlaşır – Tarix açıqlandı

0

Rəsmi mənbələrə görə, Ermənistan-Rusiya münasibətlərində mövcud dalğalanmalara baxmayaraq, Nikol Paşinyan may ayında Avrasiya Ali İqtisadi Şurasının 10 illiyinə həsr olunmuş sessiyasında iştirak etmək üçün Moskvaya gedə bilər.

İctimai Rəy Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Qeyd edək ki, Ermənistan 2024-cü ildə yanvarın 1-dən Avrasiya İqtisadi İttifaqına sədrliyi üzərinə götürüb. Ənənəyə görə, sədrlik edən ölkə il ərzində Avrasiya Ali İqtisadi Şurasının iclasını çağırmalıdır. Ancaq Ermənistan Rusiya lideri haqda həbs qərarı çıxaran BCM-in Roma Statutunu ratifikasiya etdiyi üçün Vladimir Putunin İrəvana səfəri mübahisəlidir.

Ona görə ehtimal edilir ki, Ermənistan iclas keçirməyəcək, əvəzində isə Aİİ-nin 10 illik yubileyi üçün N.Paşinyan Moskvaya səfər edəcək.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »