“Əhməd Məsudla aparılan danışıqlar uğursuzluqla nəticələnib”.
İctimairey.Az xəbər verir ki, bunu Qətərin “Əl-Cəzirə” televiziya kanalına danışan Taliban rəsmisi bildirib.
Taliban nümayəndəsi əlavə edib ki, bu səbəbdən də Əfqanıstanda nəzarətdən kənarda qalan yeganə vilayətə-Pencşirə qarşı hərbi əməliyyatların başladılması haqqında qərar verilib.
Qeyd edək ki, Pencşirdə Əhməd Məsudla aparılan danışıqların uğursuz nəticələnə biləcəyini nəzərə alan Taliban öncədən həmin əraziyə çox sayda döyüşçü göndərib. \\Teleqraf\\