Tramp və Baydenin taleyini həll edəcək “Super çərşənbə axşamı”

0

ABŞ-da sabiq prezident Donald Tramp və hazırkı Amerika lideri Co Baydenin gələcək namizədliyi üçün əsas gün olan “Super çərşənbə axşamı” başlayıb.

İctimai Rəy xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Qeyd olunub ki, martın 5-də 15 ştatda eyni vaxtda praymeriz keçiriləcək. Günün sonunda Respublikaçı və Demokratik partiyalardakı nümayəndələrin üçdə birindən çoxu yarışa çıxacaq.

Belə ki, seçilmiş nümayəndələr yayda keçiriləcək partiya qurultayında partiyanın namizədinə səs verəcəklər.

Məlumata görə, Trampın 276 nümayəndəsi var və namizədliyini təmin etmək üçün ona 1215 nümayəndə səsi lazımdır.

Baydenin isə 206 nümayəndəsi var və namizəd olmaq üçün ona 1968 səs lazımdır. “Super çərşənbə axşamı”nın nəticələrinə görə, hər iki siyasətçi öz partiyalarından namizəd olmaq üçün əsas lider ola bilər.\\musavat.com\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »