Dövlət Duması “xarici agentlər”in gəlir itkisini proqnozlaşdırıb

0

“Xarici agentlər öz resurslarında reklamı qadağan edən qanunun qüvvəyə minməsi nəticəsində reklam gəlirlərinin 80%-ə qədərini itirə bilər”.

İctimai Rəy Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə martın 5-də Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün Telegram kanalında məlumat verib.

“Qanunun qüvvəyə minməsi nəticəsində xarici agentlərin bütün reklam gəlirlərinin 50-80%-ni itirəcəyi proqnozlaşdırılır. Bu, ekspertlərin fikrincə, keçən il təxminən 5 milyard rubl təşkil edib”, – deyə o yazıb.

Volodinin sözlərinə görə, bir neçə gün əvvəl qəbul edilmiş qanun artıq öz effektivliyini göstərib: bəziləri layihənin bağlandığını elan edib, bəziləri redaksiya heyətini ixtisar etməyə başlayıb.

Spiker qeyd edib ki, son vaxtlar xarici agentlərə müəlliflik hüququ və əlaqəli hüquqlara görə mükafatların verilməsinin qadağan edilməsi ilə bağlı təkliflər səslənir.

Onu da qeyd edək ki, hazırda məşhur siyasət, ədəbiyyat, incəsənət, mədəniyyət xadimlərindən kim RF-nin Ukraynada apardığı müharibəni dəstəkləmirsə, ona qarşı çıxırsa və sülhdən danışırsa, dərhal “xarici agent” elan edilir.\\musavat.com\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »