Çin hərbi büdcəsini ARTIRIR

0

2024-cü ildə Çin müdafiə xərclərini 7,2% artıraraq 1,67 trilyon yuana (230,6 milyard dollar) çatdıracaq.

İctimai Rəy xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, Çin separatçı fəaliyyətlərə qətiyyətlə qarşı çıxacaq.

Bildirilib ki, Çin artıq 9-cu ildir ki, müdafiə xərclərini artırır. Belə ki, 2023-cü ildə Çin hərbi büdcəsini 7,2% artıraraq 1,55 trilyon yuana (təxminən 224,8 milyard dollar) çatdırıb.\\musavat.com\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »