Ötən həftə ABŞ-ın xam neft ehtiyatlarında güclü artım qeydə alınıb.
İctimai Rəy xəbər verir ki, bu barədə məlumatı Amerika Neft İnstitutu (API) açıqlayıb.
API-nin hesablamalarına görə, fevralın 22-28-də ABŞ-da neft ehtiyatları 8,428 milyon barel artıb. Bu, ardıcıl dördüncü həftədir ki, ehtiyatlar artır. ABŞ-ın Energetika Nazirliyinin neft və neft məhsulları ehtiyatları ilə bağlı rəsmi məlumatı bu gün axşam saatlarında açıqlanacaq.
ABŞ-da ehtiyatların artması xəbəri dünya bazarında neft qiymətlərinin 1 dollara qədər azalmasına səbəb olub.\\musavat\\