Qubadlı rayonuna yeni prokuror təyin edilib.
İctimai Rəy “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Emil Kərimov Qubadlı rayonunun prokuroru təyin edilib.
Qeyd edək ki, E.Kərimov Qubadlıda anadan olub. O, 14 yaşında erməni işğalı nəticəsində ailəsi ilə birgə məcburi köçkün düşüb.