Trabzonun Of mahalında 4 aydır həyat yoldaşından ayrı yaşayan imam 3 kiçik qızını silahla vuraraq öldürüb.
Arvadını döydüyü üçün, onu uzaqlaşdırmaq qərarı olan atanın 3 qızını həyat yoldaşından alaraq evindən 1 kilometr aralıda, çay kənarına apardığı və burada cinayət törətdiyi məlum olub.
İctimairey.az Türk mediyasına istinadən xəbər verir ki, Trabzonda İmam Emre Göktaş 12 illik həyat yoldaşı ilə şiddətli bir qarşıdurma başlayıb. İddialara görə, həyat yoldaşı Sibel Göktaş əri onu döydüyü üçün, 4 ay bundan öncə uşaqlarını alaraq evdən çıxmış, həyat yoldaşının şikayəti səbəbiylə məhkəmə tərəfindən bir aylıq həbs cəzasına məhkum edilən Emre Göktaş, bunu həzm edə bilmədiyindən, 3 qızını ayrılmış həyat yoldaşından 1 günlük alaraq, rayonun Uluağaç mahalındakı evinə aparmışdır. Sonra uşaqları evinin 1 kilometrliyində dərənin kənarında kimsəsiz bir yerə gətirərək, silahla hər birinin başına atəş aşmaqla öldürmüşdür. Hadisədən sonra Emre Göktaş jandarmaya təslim olmuş. Hadisə ilə bağlı araşdırma davam edir.
Esmira ŞÜKÜROVA.
İctimairey.az