Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan Almaniyanın paytaxtı Berlində görüşəcəklər.
İctimai Rəy bildirir ki, “Report”un TASS-a istinadən verdiyi xəbərə əsasən, bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.
Onun sözlərinə görə, görüş fevralın 28-29-da baş tutacaq.
“Görüş haqqında razılaşma Münxendə üçtərəfli görüş zamanı əldə edilib”, – o deyib.