AHK sədri Xocalı soyqırımı abidəsini ziyarət edib
Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri, Qarabağ qazisi Əlisahib Hüseynov Xocalı soyqırımının 32-ci ildönümündə paytaxtımızda soyqırım qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.
Bu barədə AHK-nin Mətbuat xidməti məlumat yayıb.
Bəşər tarixinin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib, abidənin önünə qərənfillər düzülüb.