Ermənistan rəsmilərinə Xankəndiyə getmək qadağası qoyuldu

0

Ermənistan rəsmilərinə Xankəndiyə getmək qadağası qoyuldu

İctimairey.Az erməni mediasına istinadən xəbər verir ki, bu barədə qərar Xankəndində separatçıların keçirəcəyi qeyri-qanuni tədbirlə bağlıdır.

Erməni portalları yazır ki, “Tarixdə ilk dəfə olaraq Qarabağın Müstəqillik Günü tədbirləri Ermənistanın yüksək rəhbərliyinin iştirakı olmadan keçiriləcək. Xüsusilə, sentyabrın 1-də parlamentin növbədənkənar iclası, ertəsi gün isə Qarabağ Respublikasının Müstəqillik Gününə həsr olunmuş tədbirdə Ermənistan Prezidenti Armen Sarkisyan, Nikol Paşinyan və Alen Simonyan olmayacaq”.

Qeyd edək ki, digər mənbələrə görə separatçı tədbirlərdə Ermənistanın bütün parlament fraksiyalarının nümayəndələri iştirak edəcək.\\konkret.az\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »