Böyrək daşlarını təmizləyir… Sirkəli noxudun faydaları

0

Sirkəli noxud insan orqanizmi üçün çox faydalıdır. Faydalarını eşidəndə təəccüb edəcəksiniz. 

Həkim-fitoterapevt Fizuli Hüseynov sirkəli noxudun hazırlanması və faydaları haqqında danışıb.

Bir ovuc noxud alma sirkəsinin içinə atılır və bir gündən sonra çıxarılaraq təmiz suda yuyulur, gün ərzində yeyilir. Noxud mütləq çiy olmalıdır.

Dadından xoşunuz gəlməsə, belə də edə bilərsiniz: noxud suda qaynadılaraq bişirilir, sonra tam qurudulur və sirkənin içinə qoyulur. 2 gündən sonra çıxarılaraq yuyulur və gün ərzində yeməkdən 1 saat əvvəl yeyilir. Xatırladım ki, çiy noxud bişmişdən daha faydalıdır.

Sirkəli noxud nəyə faydalıdır?

Sirkəli noxudun tərkibi çox zəngindir, bol vitamin və mineral mənbəyidir. Buna görə vitamin çatışmazlığında, sümük əriməsində, klimaks dövründə, anemiyalarda çox faydalıdır. Dərinin parlaqlığını bərpa edir, dırnaq kövrəkliyini aradan qaldırır.

Qanda xolesterin səviyyəsini aşağı salır. Ürəyin işemik xəstəliyində faydalıdır. Damarların mənfəzini təmizləyir, qan təzyiqini normallaşdırır. Görməni yaxşılaşdırır.

Təbii liflərin hesabına qəbizliyi aradan qaldırır. Bel, boyun, oynaq ağrılarını aradan qaldırır. Saç tökülməsində faydalıdır, bu zaman sirkəli noxud həm yeyilir, həm də əzilib gündə 1 dəfə saç diblərinə qoyulur. Babasil xəstəliyi zamanı faydalıdır.

Böyrək iltihabını aradan götürür, böyrək daşlarının tökülməsinə səbəb olur. Bədəndəki qurdların xaric olmasını təmin edir. Qanda şəkərin miqdarını aşağı salır. Üzdə və bədəndə olan səpgiləri aradan qaldırır. Cinsi həvəsi artırır.

Sadalanan xəstəliklərin qarşısını almaq üçün sirkəli noxudu 2-3 həftə yemək məsləhətdir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »