Əhməd Məsud “Taliban”a şərt qoydu: “Bunu edin, silahı yerə qoyum…”

0

Pancşir əyalətində fəaliyyət göstərən Əfqanıstan Müqavimət Cəbhəsinin lideri Əhməd Məsud “Foreign Policy” nəşrinə verdiyi müsahibədə bildirib ki, “Taliban”la mübarizəyə son verilməsi yalnız ölkədə mərkəzləşdirilməmiş hökumətin  yaradılacağı təqdirdə mümkündür.

“Əgər “Taliban” hakimiyyəti hamı ilə  bölüşmək,  Əfqanıstanda ədaləti bərqərar etmək, hər kəsə bərabərlik və azadlıq bəxş etmək niyyətindədirsə, mən geri çəkilib siyasətdən gedəcəyəm”, – deyə o, əlavə edib.

Sfera.az xatırladır ki, avqustun 22-də Əfqanıstanda hakimiyyətə gələn “Taliban”  Məsudun təslim olması üçün 4 saat vaxt vermişdi. Amma o, əhalisi müqavimət göstərməyə hazır olan Pəncşiri təslim etməyəcəyini bildirdi. Bundan əlavə, Əhməd Məsud xüsusi təyinatlıların əsgərləri də daxil olmaqla, hərbçilərin Əfqanıstanın digər bölgələrindən ona qoşulduğunu da söyləyib.

Qeyd edək ki, bu gün Pəncşir bölgəsi Əfqanıtanının 34 əyaləti arasında Talibanın ələ keçirə bilmədiyi yeganə yerdir.\\Sfera.az\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »