Yaponiyadan gözlənilməz addım – Peyvəndin vurulmasını qadağan etdi

0

Yaponiya Səhiyyə Nazirliyi, ABŞ əczaçılıq şirkəti olan “Moderna” tərəfindən hazırlanan koronavirus peyvəndinin istifadəsini dayandırıb.

İctimairey.Az Qərb mediasına istinadən xəbər verir ki, buna səbəb peyvəndin içəriyində insan orqanizmi üçün zərərli olan bir sıra maddələrin aşkar edilməsi olub. Yaponiya buna görə, 1 milyon 630 min dozanın istifadəsini dayandırıb.

Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamada bildirilib ki, hələlik bu peyvənddən istifadə edənlər arasında hansısa bir sağlamlıq probleminə rast gəlinməyib. Amma buna baxmayaraq, peyvəndin tərkibinin konkret bəlli olmaması nazirliyin belə bir addım atmasına səbəb olub.

Qeyd edək ki, Yaponiyada COVİD-19-a yoluxanlar ümumi sayı 1 milyon 368 min 822-ə çatıb. Epidemiyanın başlanmasından bu yana bu ölkədə 15 min 770 nəfər həyatını itirib. \\azxəbər\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »