Ermənistanın müdafiə naziri Arşak Karapetyan jurnalistlərə bildirib ki, Ermənistan Rusiya ilə əməkdaşlığı inkişaf etdirmək üçün əməli addımlar atacaq. Bununla da çatdırmaq istəyib ki, Rusiya Ermənistana köhnə silahlar verirmiş.
İctimairey.az xəbər verir ki, Karapetyan, – “Keyfiyyətli silahlar, müassir silahlar almağı planlaşdırırıq. Köhnə silah almaqdan imtina etdik, bu bizim siyasətimizdir. İşləyəcəklərinə əmin olmaq üçün az sayda, lakin yüksək keyfiyyətli silahlara sahib olmaq daha yaxşıdır ” – deyib.
Onun sözlərinə görə, Ermənistan öz silahlarının istehsalına başlamalıdır.
“Ortaq müəssisələrin açılması şəklində dəstək var. Biz öz silahlarımızı istehsal etməliyik və bunu tez etməliyik” – deyə Karapetyan deyib.
Karapetyan onu da vurğulayıb ki, Ermənistan Müdafiə Nazirliyi ilə sənaye müəssisələri arasında vasitəçilərə icazə verilməməlidir. “Düşünürəm ki, bu üç şərt yerinə yetirilsə, 21-ci əsrin tələblərinə cavab verən modernləşdirilmiş bir ordu yarada biləcəyik”.
Esmira ŞÜKÜROVA,
İctimairey.az