ABŞ Milli Qar və Buz Məlumat Mərkəzi, 15 avqustda Qrenlandiyada 3.216 metr yüksəklikdə bir neçə saat yağış yağdığını açıqlayıb.
İstiliyin nadir hallarda donma həddinə düşdüyü bölgədə ilk qeydə alınan yağış olduğu bildirildi. Bölgədə yağışın yağdığı gecə 872 min km ərazinin buzu əriyib. İyul ayında bölgədə iki böyük ərimənin olduğunu qeyd edən elm adamları, yağış yağan gecə 872 min kvadrat kilometr ərazidə buzların əriməsinin meydana gəldiyini bildiriblər.
Qütblərdəki ORTA İSTİLİK 2 DƏRƏCƏ ARTIB
Elm adamları qütb bölgəsinin qlobal istiləşmə səbəbiylə dünyanın qalan hissəsindən iki dəfə çox istiləşdiyini bildirirlər. Qlobal istiləşmə dünyada temperaturunu orta hesabla 1 dərəcə artırdığı halda, qütblərdə temperatur 2 dərəcə artıb.
İstiliyin təsirindən buzların əriməsi dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur və sahil qəsəbələri üçün təhlükə yaradır.
Esmira ŞÜKÜROVA.
İctimairey.az