Taliblər BMT-yə dəstək ifadə ediblər və təşkilatın ölkədə qalmasını xahiş ediblər.
İctimai Rəy xəbər verir ki, bu sözləri BMT-nin Əfqanıstanda humanitar məsələlər üzrə koordinatoru Ramiz Ələkbərov deyib.
O bildirib ki, son 18 ildir BMT-nin humanitar ofisi ilə Taliban arasında qarşılıq əlaqə davam edir:
“Biz onlarla bu zaman ərzində daim işləmişik. Humanitar fəaliyyətlərin davam etdirilməsi üçün əlaqələr mövcuddur”. //Axar.az//