Misir: İsrailə hücum barədə dəfələrlə xəbərdarlıq etdik

İsrail Misirin HƏMAS-ın böyük bir plan hazırladığına dair xəbərdarlıqlarına məhəl qoymayıb.

İctimai Rəy Axar.aza istinadən xəbər verir ki, bu barədə “Asoşeyted Press” misirli kəşfiyyatçı zabitə istinadən məlumat yayıb.

Kəşfiyyat rəsmisi vurğulayıb ki, Misir İsrail və HƏMAS arasında vasitəçi kimi çıxış edərək, dəfələrlə israillilərlə əlaqə saxlayıb:

“Biz onlara xəbərdarlıq etdik ki, vəziyyət tezliklə partlayacaq və bu böyük partlayış olacaq”, – o bildirib.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS Qəzza zolağından İsrailə kütləvi hücuma başlayıb.

Comments are closed.

Tərcümə »