Əliyevin Labibi qəbul etməməsi cavabdır – Ekspert

0

Həm Belçika, həm Kanada siyasətçiləri və xüsusilə Baş nazir Castin Trudo Fransanın təsiri altındadır. Adlarını çəkdiyimiz ölkələr fransızdilli olmaqla bərabər, onların siyasi addımlarına dəstək verirlər. Sərgilədikləri haqsız mövqeyə görə biz bu ölkələrə Fransanın oyunlarına alət olan ölkə kimi baxırıq.

Bu sözləri Axar.az-a Belçika və Kanada xarici işlər nazirlərinin Azərbaycan əleyhinə söylədikləri fikirlər haqqında danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.

Siyasi şərhçi sözügedən təxribatçı açıqlamaları Fransanın Azərbaycana qarşı diplomatik mübarizəsinin elementləri kimi dəyərləndirib:

“Səsləndirilən bəyanatlar Fransanın ölkəmiz əleyhinə apardığı oyunların və pərdəarxası sövdələşmələrin təzahürüdür. 15 avqustda Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın Ararat Mirzoyan ilə telefon danışığı zamanı Azərbaycan əleyhinə səsləndirdiyi ittihamlara nəzər yetirsək, aparılan kampaniyanın eyni olduğunu görə bilərik. Nə Belçika, nə də Kanada rəsmilərinin əksəriyyətinin Cənubi Qafqazdakı regional siyasətin incəlikləri, Azərbaycan və Ermənistan haqqında elementar təsəvvürləri, analiz etmək qabiliyyətləri var. Onlar üçün Cənubi Qafqaz uzaq regiondur və ancaq Fransanın dirijor çubuğu ilə hərəkət edirlər. Parisin istəyi, direktivləri əsasında dostluq və düşmənçilik edirlər. Ona görə də Azərbaycan dövləti cavab olaraq sərt addımlar atmaqda haqlıdır. Çünki dövlətimizin rəhbərliyi bunların hamısının Fransanın Azərbaycanla apardığı diplomatik mübarizənin elementləri olduğunu çox yaxşı bilir”.

Qeyd edək ki, İlham Əliyev ermənipərəst mövqeyinə görə Belçika XİN rəhbəri Xədicə Labibi qəbul etməyəcək. Çünki o, Ermənistanda səfərdə olarkən yalan və reallığı əks etdirməyən açıqlamalar verib. Kanada xarici işlər naziri Melani Joli isə erməni icmasının tədbirində çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı fikirlər səsləndirib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »