Gürcüstanda ölənlərin sayı 27-ə çatdı DÜNYA Yenilənib Avq 17, 2023, 20:49 0 Paylaş Gürcüstanın Şovi bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, ərazidə xilasedicilər 6 nəfər itkin düşmüş şəxsin axtarışlarını davam etdirir. Xatırladaq ki, avqustun 3-də Gürcüstanın Oni bələdiyyəsindəki Şovi kurort zonasının yaxınlığında torpaq sürüşməsi baş verib. 0 Paylaş