Çempionlar Liqası: Makkabi və Reyncersdən qələbə, Marsel uduzub

0

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin növbəti matçları keçirilib.

“Report”un məlumatına görə, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.

Fransa “Marsel”i Yunanıstanda “Panatinaikos”a bir cavabsız qolla uduzub. İsrailin “Makkabi” (Hayfa) komandası Slovakiyada “Slovan”a 2:1 hesabı ilə qalib gəlib. Şotlandiyada “Reyncers”i isə evdə İsveçrənin “Servett” klubunu məğlub edib – 2:1.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
9 avqust

22:00. “Panatinaikos” (Yunanıstan) – “Marsel” (Fransa) – 1:0
Qol: Bernard, 83
Qırmızı vərəqə: Joffre Kondoqbia, 63 (“Marsel”)

22:30. “Slovan” (Slovakiya) – “Makkabi” (Hayfa, İsrail) – 1:2
Qollar: Yuray Kuçka, 12 – Fratsdi Pyero, 5. Dia Saba, 15

22:45. “Reyncers” (Şotlandiya) – “Servett” (İsveçrə) – 2:1
Qollar: Ceyms Tavernye, 6. Siril Dessers, 15 – Kris Bedia, 44
Qırmızı vərəqə: David Dulin, 60 (“Servett”)

Qeyd edək ki, bu raundaun əvvəlki görüşləri avqustun 8-də oynanılıb. Yunanıstanda AEK və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası arasında keçirilməli olan oyun isə yerli azarkeşin öldürülməsinə görə avqustun 19-na təxirə salınıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »