Yenə meydan tozlandı!

0
Ermənistan müdafiə naziri Arşak Karapetyan həmkarı Sergey Şoyqu ilə görüşməyə gedəndə əliboş dönməməyə möhürlənmişdi. Elə də oldu, Şoyqu Karapetyana “xəncər” verərək Ermənistana silah tədarük ediləcəyini aşkar dilə gətirdi. Yəni Rusiya dedi ki, yanınızdayıq başqalarından ümid gözləməyin. Sizi himayə edən bizik. Xəncər simvolu dayaq olmaq, güc göstərmək anlamı daşıyır. Xatırlayırsınızsa, Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismailoğlu da Prezident İlham Əliyevə xəncər hədiyyə etmişdi.
Daha sonra Baş Naziri Nikol Paşinyan nitq söyləyərək: “regionda vəziyyətin tənzimlənməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyə hazırıq-deyə bildirdi”. Paşinyan demək istəyir ki, İlham Əliyevlə yenə bir masa arxasında əyləşə bilərik. Bu masada nəqliyyat, kommunikasiya sistemlərinin bərpası danışıla bilər. Yəni Paşinyan deyir ki, “Dağlıq Qarabağ” məsələsinin aradan qaldırılmasını biz tərəfdən dilə gətirəcəyimizi zənn etmək olmaz.
Ermənistan sərhədlərin delimitasiya və demarkasiyasını “Dağlıq Qarabağ” deyil də bu seqmentin ətraf rayonları ilə məhdudlaşdırmağa çalışırlar və bunu yaxın müddətdə dilə gətirəcəklərinə əminəm.
Ermənistan Qazax anklavlarını( həmçinin Naxçıvanın Kərki anklavını da)geri verəcək, ancaq çox güman burada da sülhməramlılar yer alacaq. Bu konfliktdə Rusiya sadəcə öz maraqlarını güdür. Hər iki tərəfin Rusiyadan narahat qalmamasına çalışır. Deyir ki, Münaqişə tərəfləri narazılıq etməsin ki, biz də bölgədə uzunmüddətli fəaliyyət göstərək. Gələcəkdə təhlükə yarada biləcək hər ehtimalı düzgün qiymətləndirib, ona uyğun lazımlı və nəticəli addımlar atmaq lazımdır!

 

Elman Vəliyev-siyasi şərhçi

Leave A Reply

Your email address will not be published.

Tərcümə »