Ermənilərə əsir düşən Aqşin Bəbirovun atasından xoş xəbər

0

Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun iki hərbçisi – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Əsir götürülən hərbçilərimizə qarşı işgəncə verilməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Ürəkləri parçalayn görüntülərdən hiddətlənən  əsgər Aqşin Bəbirovun ailəsi danışıb. İctimai tv-nin efirində müsahibə verən ata Qabil Bəbirov bir xoş xəbəri də açıqlayıb. Əsir, girov və itkin düşən vətəndaşlarımızla iş aparan dövlət komitəsindən ona xəbər verilib ki, yaxın günlərdə əsirlərimiz erməni əsirləri ilə dəyişiklik əsasında Vətənə qaytarılacaqlar.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »