Gənclik cəmiyyətin aparıcı qüvvəsidir

0

Gənclər cəmiyyətin ən fəal və təşəbbüskar təşkil edir. Gənclik mənsub olduğu xalqın müasir simasını əks etdirməklə yanaşı, onun perspektiv inkişaf potensialının formalaşdırılmasında da mühüm rol oynayır. Əsrlər boyu Vətənə sədaqət, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmuş Azərbaycan gəncləri XX əsrin sonlarında dövlət müstəqilliyinin bərpa edilməsi, ermənilərin Azərbaycana qarşı törətdikləri hərbi təcavüzə qarşı mübarizənin ön sıralarında olmuşlar.

Təsadüfi deyil ki, ölkəmizin azadlığı və suverenliyi uğrunda şəhid olanların əksəriyyətini gənclər təşkil edirlər. Onlar respublikamızın ən gərgin dövrlərində əlində silah Vətənin müdafiəsinə qalxmaqla yanaşı, ictimai-siyasi proseslərdə də fəallıq nümayiş etdirmişlər. Bu gün Azərbaycanda kökklü şəkildə aparılan islahatlarda gənclərə xüsusi yer ayrılması və onların dövlət quruculuğunun inkişafında irəli çəkiıməsi bird aha sübut edir ki, gəncliyə diqqət daha artıbdır.

Bu həqiqətdir ki, Azərbaycan Respublikası gənclər siyasətində çox böyük uğurlara imza atıb və atmaqda davam edir.

Hər birimizə məlumdur ki, Azərbaycan Respublikasının müstəqil siyasət yürütməyə başlaması və xarici uğurlarını artıraraq inkişaf etməsi, Ulu Öndərimiz Heydər Əliyevin dövründən başlayır.

İndi isə Ulu Öndərimizin davamçısı Cənab Prezidentimiz İlham Əliyevin sayəsində bu proses layiqincə davam etdirilir.

Biz Azərbaycan Respublikasının xarici siyasətindəki uğurlarına bir çox misallar gətirə bilərik. Məsələn, Azərbaycan Respublikası İkinci Vətən müharibəsində hərbi güclə yanaşı, mükəmməl şəkildə də diplomatik savaş sərgiləyərək ölkəmizin gücünü bir daha bütün dünyaya sübut etdi.

Bundan əlavə qeyd edə bilərik ki, ölkəmiz beynəlxalq inteqrasiya prosesində uğurla iştirak edir. Əlavə olaraq ölkəmiz bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu isə dövlətimizin dünyada daha da yaxından tanınmasına gətirib çıxarır.

Möhtərəm Prezidentimiz İlham Əliyevin göstərişləri əsasında ölkəmiz günbəgün tərəqiyyə doğru irəliləyir, biz fəal gənclər isə hər zaman öz dövlətimizə layiqincə xidmət etmək, beynəlxalq çərçivədə ölkəmizi tanıtmaq üçün əlimizdən gələni edəcəyik.

Hazırda ölkəmizdə 200-dən artıq gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan gəncləri Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunurlar. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırlar. Qürurlu haldır ki, xalqımızın qəhrəmanlıq tarixini yazanlar da onlardır.

Bir sözlə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətində gənclik mövzusunun aktuallığı bir daha aydın təsbit olunur.

Bir sözlə, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Bu dövrün hər anından səmərəli istifadə etmək gərəkdir.

Əhmədağa Babaşov
Azərbaycan Dövlət Pedaqoji Universiteti – Fililogiya fakültəsi, III Kurs tələbəsi

Yazı “XXI Əsr Təhsil Mərkəzi ” İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb

Leave A Reply

Your email address will not be published.

Tərcümə »