Mehriban Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açılıb

0

 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə “Qurani-Kərim”dən ayələr oxunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz ruhuna dualar edilib, Ramazan ayının fəzilətlərindən və savablarından danışılıb.

Vətən müharibəsi şəhidi Ramin Yusifzadənin anası Reyhan Yusifova, Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit Emil Həsənov Azərbaycan dövlətinin şəhid ailələrinə, aztəminatlı ailələrin üzvlərinə, qazilərə diqqət və qayğısından danışıb, minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, bu qəbildən olan şəxslər daim Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunublar. Belə tədbirlərin təşkili də məhz bu diqqət və qayğının, mənəvi dəstəyin bir ifadəsidir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »