Ərəbistan yarımadası soyuq havanın təsiri altına düşüb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Küveyt və Səudiyyə Ərəbistanının bəzi bölgələrində havanın temperaturu aşağı düşdükcə dolu və qar yağıb.
Bildirilib ki, paytaxtda doluya düşənlər nadir hadisəni lentə alaraq sosial media hesablarında paylaşıblar.
Küveyt Meteorologiya Mərkəzi əlverişsiz hava şəraitinin sabah səhərə qədər davam edəcəyini açıqlayıb. Küveyt Daxili İşlər Nazirliyindən verilən açıqlamada isə, güclü yağışlar səbəbindən bir çox əsas yolun nəqliyyata bağlandığı bildirilib.
Səudiyyə Ərəbistanının Təbuk bölgəsində təsirli olan soyuq hava dalğası səbəbiylə Hakl şəhərinin Cəbəl Əl-Lövz dağları bölgəsində qar yağıb.
Ölkənin bir çox yerindən insanlar bölgəyə axışıb. Bəzi vətəndaşlar qar yağışını rəqs edərək qeyd edib.