Bolqarıstan ölkədəki bütün limanlarını Rusiya gəmiləri üçün bağlı elan edib.
Axar.az xəbər verir ki, bu barədə “Ports Europe” məlumat yayıb.
Müvafiq qərar aprelin 8-dən qüvvəyə minəcək və Rusiyanın dəniz gəmiçiliyi reyestrində qeyd olunan gəmilərə şamil olunacaq.
Qeyd edək ki, Bolqarıstan ilk dəfə ötən il aprelin 17-də Rusiya bayrağı altında üzən gəmilərin öz limanlarına girişinə qadağa qoymuşdu.