“Şimali Kiprə səfər edən azərbaycanlıların sayı kifayət qədər azdır”

0

“Ölkələrimiz arasındakı münasibətləri nəzərə alsaq, Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər edən azərbaycanlıların sayı kifayət qədər azdır”.

İctimairey.az xəbər verir ki, bunu ŞKTC-nin Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit Nazirliyinin müşaviri Serhan Aktunç Bakıda keçirilən mətbuat konfransında deyib.

Müşavir bildirib ki, 44 günlük Vətən müharibəsindəki böyük qələbədən sonra Azərbaycan xalqının sevincini qəlblərində hiss ediblər:

“Üç dövlət tək millət olaraq hər zaman kədərimiz də, sevincimiz də birdir. Bu baxımdan qardaşlarımızla münasibətlərimizi daha da dərinləşdirmək istəyirik. Pandemiyadan öncə 2019-cu ildə ŞKTC-yə cəmi 6 min nəfər səfər edib. Ölkələrimiz arasındakı münasibətləri nəzərə alsaq, bu çox kiçik bir rəqəmdir”.

“Hesab edirəm ki, ŞKTC-də hər təbəqədən insanın istirahət etməsi üçün imkanlar var. Eyni zamanda 19 apreldən yenidən ŞKTC-nə səfərlər bərpa olunacaq və biletlərin qiymətinin daha münasib olması nəzərdə tutulur” -, S. Aktunç vurğulayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »