Minaya düşərək həlak olan hərbi qulluqçu Qəbələdə dəfn olunub

Tərtər rayonunun azad olunmuş ərazisində minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu Qəbələdə dəfn olunub.

“Report”un​ Şimal-qərb bürosunun məlumatına görə, dəfn mərasimindən əvvəl hərbi qulluqçunun doğulduğu Nohurqışlaq kəndində onunla vida mərasimi keçirilib.

Daha sonra ​19 yaşlı Novruz Niftalıyev ​Nohurqışlaq kənd qəbiristanlığında torpağa tapşırılıb.

Müdafiə Nazirliyinin məlumatına görə, Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub.

Faktla bağlı araşdırma aparılır.

Şəhid Ümüd Niftəliyev dəfn olundu - Video+Yenilənib » Anews.az Azərbaycan  xəbər portalı

Comments are closed.

Tərcümə »