Krasnoyarksda marketdən 14 min rublluq şokolad oğurlanıb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisəni törədən şəxs bunu övladlarının xoşuna gəlmək üçün etdiyini deyib.
Məlumata əsasən, ötən ilin dekabrında şəhərin mərkəzi rayonunda yerləşən supermarketlərdən birinin nümayəndəsi polisə müraciət edib. O bildirib ki, inventarizasiya zamanı şokolad çatışmazlığı aşkar edilib, dəymiş ziyan 14 min rubldan çox olub.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları “oğurluq” maddəsi ilə cinayət işi açıb, müşahidə kameralarının qeydlərinə baxıb və məlum olub ki, şokoladı iki nəfər oğurlayıb. Onlardan biri həbs edilib.
Şübhəli şəxs günahını inkar etməyib, mağazadan 188 ədəd şokolad çıxardığını və evə apararaq, şirniyyatı uşaqlarına verdiyini bildirib. Araşdırma zamanı həmin şəxs mağazaya dəymiş ziyanı ödəyib. Onun barəsində yekun məhkəmə qərarı veriləcək.