Markus Reşford İngiltərə futbolunun və “Mançester Yunayted”in tarixinə düşüb

0

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Markus Reşford həm komandasının, həm də İngiltərənin tarixinə düşüb.

“Report”un məlumatına görə, o, avrokuboklarda 25 qol vuran ən gənc ingiltərəli oyunçu rekordunu yeniləyib.

Bu, Avropa Liqasının 1/8 final mərhələsində İspaniya təmsilçisi “Betis”lə cavab oyununa təsadüf edib. Qarşılaşmada yeganə qolun müəllifi olan 25 yaşlı hücumçu, eyni zamanda, “qırmızı şeytanlar”ın Avropa arenasında bu qədər qol həddinə ən gənc yaşda çatma rekordunu ələ keçirib.

Qeyd edək ki, “Betis”i hər iki oyunda məğlub edən “Mançester Yunayted” (4:1, 1:0) turnirin 1/4 final mərhələsinə yüksəlib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »