Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır

0

Bildiyimiz kimi aralarında müxtəlif ölkələrin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin, eyni zamanda bir sıra ali qonaqlar olmaqla ümumilikdə 61 ölkədən 360-dək nümayəndənin iştirakı ilə 10 mart 2023-cü il tarixində Bakıda X Qlobal Forum keçirilmişdir. “Heydər Əliyev İli”nə təsadüf edən “Dünya bu gün: Şağırışlar və ümidlər” mövzusunda keçirilən Forum xüsusi əhəmiyyət daşıyırdı. Qeyd etməliyik ki, hazırki dövrdə yeni dünya nizamının formalaşması fonunda siyasi, iqtisadi, sülh və təhlükəsizlik məsələləri öz aktuallığını qoruyur. Dünyanın mövcud geosiyasi vəziyyəti bizə onu deməyə əsas verir ki, yaxın dövr ərzində əvvəlki mövcud vəziyyətə qayıdış mümkün olmayacaqdır. Belə olan halda keçirilən növbəti Forum dünyanın beyin mərkəzləri ilə bir çox məsələləri və qarşıda duran vəzifələri müzakirə etmək baxımından olduqca əhəmiyyətlidir.

Məlumat üçün qeyd etməliyik ki, Qlobal Bakı Forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən etibarən keçirilməkdədir. Keçirilən Forumlarda dünya gündəminin aktual mövzuları, qlobal problemlər və onlardan çıxış yolları müzakirə olunur. Xatırladaq ki, dünyanın bir sıra ölkələrinin sabiq dövlət başçılarının təmsil olunduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə Gəncədə dahi şairin 870 illik yubileyi tədbirləri çərçivəsində təsis edilib. Aradan keçən müddət ərzində Mərkəzin təşkilatçılığı altında təşkil edilən beynəlxalq tədbirlər bir daha Nizami Gəncəvi Beynəlxalq Mərkəzin əhəmiyyətini və məramını artırır.

Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı və geniş nitqlə çıxışı mühüm əhəmiyyət kəsb edirdi. Cənab Prezident öz çıxışında dünyanın geosiyasi vəziyyəti ilə bağlı məsələlərlə yanaşı Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi, eyni zamanda Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində nəzərdə tutulmuş addımlarla bağlı fikirlərini bildirdi. Eyni zamnda dövlətimizin başçısı Azərbaycanın xarici siyasətinin prioritetlərindən birini təşkil edən Avropa Komissiyası ilə ölkəmiz arasında strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlmiş mövcud münasibətlərin daha da inkişaf etdirilməsindən bəhs etdi.

Cənab Prezident qeyd etdi ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Bu, elə bir haldır ki, biz hər zaman etibarlı tərəfdaş olmuşuq. Azərbaycan hazırda Avropanın enerji təminatında mühüm rola malikdir. Ölkəmiz istehsal etdiyi neft, neft məhsullarını, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixrac edir. Xüsusilə Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycan qaz təchizatı və ya onun artırılması ilə bağlı 10-dan artıq Avropa ölkəsindən müraciət almış və bu müraciətlərin reallığa çevrilməsi üzərində işləyirik.

Xüsusi olaraq qeyd etməliyik ki, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının yürütdüyü uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir ki, hazırda regional güc mərkəzinə çevrilən Azərbaycan yeni geosiyasi vəziyyətdə mühüm tərəfdaşa çevrilməkdədir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »