Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyi Dubay Ticarət Palatasının Bakı ofisi ilə əməkdaşlıq çərçivəsində INVEST in DUBAI biznes tədbiri keçirib.

Səfirlikdə İctimairey.az-a  verilən məlumata görə, tədbirdə BƏƏ-in Azərbaycandakı səfiri cənab Mohammed AlBluşi ölkəsinin nailiyyətləri barədə məlumat verib və Azərbaycandan olan iş adamlarını BƏƏ-in hər bir yeddi əmirliyindəki investisiya fürsətlərindən faydalanmağa dəvət edib.

İnvestemirates.ae portal barədə danışan səfir, BƏƏ-in beynəlxalq ticarətdəki rolunu qeyd edərək, bildirdi ki, BƏƏ-də 10 mülki hava limanı, 105 karqo şirkəti, 12 kommersiya limanı fəaliyyət göstərir.

Səfir həmçinin, BƏƏ Mərkəzi Bankı və İslam bank xidmətləri barədə də ətraflı məlumat verib.