Etibar Məmmədov “Azadlıq fədaisi” mükafatına layiq görülüb

0

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev partiya tərəfindən təsis olunan “Azadlıq fədaisi” mükafatının 2022-ci il qalibi sabiq istiqlalçı deputat, Azərbaycan Milli İatiqlal Partiyasının (AMİP) Fəxri sədri Etibar Məmmədova təqdim edib.

İctimairey.az xəbər verir ki, “Azadlıq fədaisi” mükafatının partiya tərəfindən 2016-cı ildə təsis edildiyini qeyd edən ALDP sədri Fuad Əliyev bildirib ki, mükafatın qalibini müəyyən etmək üçün partiyanın üzvləri arasında sorğu keçirilib:

“Ənənəvi olaraq hər il keçirilən sorğunun nəticələrinə görə bu ilin qalibi istiqlalçı deputat, Azərbaycan Milli İatiqlal Partiyasının Fəxri sədri Etibar Məmmədov oldu”.

ALDP sədri Etibar Məmmədova mükafat haqqında qısa məlumat verib və “Azadlıq fədaisi” mükafatını ona təqdim edib.

Etibar Məmmədov mükafata layiq görüldüyünə görə ALDP üzvlərinə minnətdarlığını bildirib.

Mükafatın təqdimatında ALDP Sədr Aparatinin və AMİP Siyasi Şuranın üzvləri iştrak ediblər.

Xatırladaq ki, insan hüquq və azadlıqlarının qorunması sahəsində, Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulması uğrunda göstərdiyi fədakarlığına görə ictimai-siyasi xadimlərə, hüquq müdafiəçiləri üçün nəzərdə tutulan “Azadlıq fədaisi” mükafatı 06 dekabr 2016-cı ildə təsis edilib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »