Belarus ordusu döyüş hazırlığı tapşırığının icrasına başlayıb.
Bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
“Tədbirlər kompleks xarakter daşıyacaq: qoşunlar qısa müddətdə təyin olunmuş ərazilərə irəliləməli, mühəndis texnikası tətbiq etməli, təhlükəsizlik və müdafiəni təşkil etməli, həmçinin Neman və Berezina çayları üzərindən körpü keçidləri tikməli olacaqlar”, – məlumatda bildirilir.