Sərgidə Vətən müharibəsi qaziləri, Siyəzən rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini müvəqqəti icra edən Qumru Səlimova, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Şəms Hüseynova, Siyəzən rayon İcra Hakimiyyətinin məsul İşçisi Günel Ağayeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba şöbəsinin Siyəzən üzrə nümayəndəsi Gündüz Səmədli, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayon Təhsil Sektorunun metodisti Şəhla Hüseynova, GİKM-in Siyəzən nümayəndəliyinin direktoru Rəqsanə İbrahimova, Siyəzən rayonunun fəal gənci Sübhan Məmmədov , Siyəzən rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Cavidan Hüseynov, Siyəzən rayon 2 saylı tam orta məktəbin direktor müavini Fəridə Ağayeva, idarə müəssisələrdən, məktəblilər iştirak edirdilər.
Sərgidə çıxış edənlər bildirdilər ki, bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə tam əhatə olunub. Hətta regionlarda ən ucqar kəndlərdə də uşaq bağçaları fəaliyyət göstərir. Ulu öndər Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir” – müdrik kəlamı uşaqlara olan məhəbbətinin təzahüri idi. Ulu öndərin siyasi kursunun layiqincə davam etdirilməsi bu gün bütün sahələrdə olduğu kimi, uşaqlara olan diqqət və qayğıda, onların Vətənə layiqli övlad kimi yetişdirilməsində özünü büruzə verir.
Sərgidə uşaqlar 44 günlük Vətən müharibəsini, öz təxəyyüllərinin bəhrəsini rəngli fırçaları ilə kətan üzərinə köçürüblər.
Tədbirdə Siyəzən rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin rəsm dərnəyinin rəhbəri Ayşən Əhmədovanın, mədəni təşkilatçı Aysel Rzayevanın dərnək üzvlərinin, Siyəzən rayon 3 saylı tam orta məktəbin şagirdlərinin əl işləri nümayiş olundu. Tədbiri Siyəzən rayon Mədəniyyət Mərkəzinin “Ümud” rəqs kollektivinin çıxışı daha da rövnəqləndirdi. Sərgidə nümayiş olunan əl işlərindən qazilərə hədiyyə olundu. Sərgi maraqla qarşılandı.