Kadırovun oğulları Ukraynada döyüşə girdi

0

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğulları Donbasda təmas xəttində olub.

Bu barədə Çeçenistan lideri Teleqram kanalında yazıb.

“Çeçenistanın ilk prezidenti, Rusiya qəhrəmanı Əhməd Hacı Kadırovun nəvələri – Əhməd, Əli və Adəm ukraynalı millətçilərlə qızğın döyüşlərin getdiyi təmas xəttinə səfər ediblər. Əhməd-Hacı Kadırov adına xüsusi polis alayının komandiri Zamid Çalayev Əhmədlə birlikdə düşmənin mövqelərinə yaxınlaşaraq, hücuma keçən döyüşçüləri atəşə tutublar”, – Kadırov yazıb.

“Əhməd, Əli və Adəm bir neçə gündür ki, Çeçenistandan olan nümayəndə heyətinin tərkibində Çeçenistan təhlükəsizlik qüvvələrinin yerləşdirilmə yerlərinə və qabaqcıl mövqelərinə baş çəkiblər. Əhməd Hacının nəvələri nasistlərin (ukraynalı döyüşçülər – red.) növbəti əks-hücumunu dəf edənə qədər öz mövqelərində qalıblar”, – Kadırov əlavə edib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »