Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə qaz qovşağı ilə bağlı razılığa gəldiyini bildirib.
Ərdoğanın qeyd etdiyi kimi, Avropa Rusiya qazından Türkiyə vasitəsilə istifadə edə bilər.
Modern.az xəbər verir ki, Türkiyə lideri bu barədə partiyasının parlamentdəki toplantısında bildirib:
“İndi Avropa qarşıdan gələn qış dövründə özünü enerji ilə necə təmin edəcəyini düşünür. Allaha şükürlər olsun ki, bizdə belə bir problem yoxdur. Üstəlik, cənab Putinlə son görüşümüzdə Türkiyədə qaz qovşağı yaratmağa razılaşdıq. Onun bəyan etdiyi kimi, Avropa Rusiya qazından Türkiyə vasitəsilə istifadə edə bilər”.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Federasiyası qaz tranzitini “Şimal axını”ndan Qara dəniz regionuna və Türkiyəyə daşıya bilər. Rusiya lideri bu ideyanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edib. Onlar məsələni ətraflı və tez bir zamanda həll etməyi tapşırıblar.