Hazırda dünyada 830 milyon insan xroniki qidalanmadan əziyyət çəkir ki, bu da üç il əvvəllə müqayisədə 150 milyon nəfər çoxdur.
Axar.az xəbər verir ki, bu sözləri Almaniya Prezidenti Frank-Valter Ştaynmayer deyib.
“Təəssüf ki, bəlalar yenidən qayıdıb. Uzun müddətdir ki, planetdə ac insanların sayı azalırdı. Dünyada heç vaxt indiki qədər çox insan aclıqdan ölməyib”, – o əlavə edib.
O, misal kimi insanların son 40 ilin ən pis quraqlığını yaşadığı Afrika Buynuzu bölgəsini və sakinlərin ən pis daşqınların təsirindən əziyyət çəkdiyi Pakistanı misal çəkib:
“Təkcə iqlim dəyişikliyi regionlar üçün problemlər yaratmır. Aclığın artması bir çox cəhətdən, Ukraynada baş verən hadisələrin səbəb olduğu taxıl, ərzaq və gübrə ehtiyatlarının olmaması ilə bağlıdır”.