İran Rusiyaya PUA satdığını niyə danır? Türkiyə Azərbaycana və Ukraynaya pilotsuz uçuş aparatları satıb və bunu heç zaman gizlətməyib.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Türkiyə ərazi bütövlüklərini təmin etmək uğrunda savaşan ölkələrə pilotsuz uçuş aparatları satıb, Tehran isə Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyaya dronlar satıb:
“Bu, İran hakimiyyətinin “biz dövlətlərin ərazi bütövlüklərinin pozulmasının əleyhinəyik” bəyanatına ziddir. Ona görə də Rusiyaya silah satmalarını açıq şəkildə bəyan edə bilmirlər. Halbuki, hamı bilir ki, Rusiya İran dronları ilə Ukrayna şəhərlərini hədəf alır. Vurulan İran dronlarının qalıqları da mövcuddur. Ortada bu faktlar varkən, Tehranın yenə də reallığı təkzib edir”.