Rusiya nüvə ilə vursa, Fransa cavab verməyəcək

0

Fransa Ukraynaya nüvə zərbəsi endirəcəyi təqdirdə Rusiyaya qarşı nüvə silahından istifadə etməyəcək.

Bunu Fransa Prezident Emmanuel Makron deyib.

“Bizim doktrinamız millətin fundamental maraqlarına əsaslanır və onlar çox aydın şəkildə müəyyən edilib. Əgər Ukrayna nüvə raket hücumuna məruz qalsaydı, bu maraqlar şübhə altına alınmazdı. Mən həmişə fransızlara həqiqəti demişəm. Rusiyanın da nüvə silahı var, Fransa kimi. Bu məsələ ilə bağlı doktrinamız aydındır. Bu barədə nə qədər az danışsaq, təhlükəni bir o qədər az şişirdərik və bir o qədər də çox güvən qazanarıq. Bu barədə danışan həddən artıq çox insan var”, – Makron bildirib.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »